...

"Bizim Azərbaycan" blokuna İslam Demokrat Partiyasının sədri rəhbərlik edəcək

Siyasət Materials 9 Yanvar 2006 12:06 (UTC +04:00)

Yanvar ayında "Bizim Azərbaycan" blokuna İslam Demokrat Partiyasının (İSD) sədri Tahir Abbaslı rəhbərlik edəcək. Bu barədə Trend ə T.Abbaslı bildirib.

Onu da qeyd edək ki, bu barədə adıçəkilən blokun yanvarın 8-də keçirilmiş növbəti toplantısında qərara alınıb. T.Abbaslı bildirib ki, toplantıda sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi məsələsi də müzakirə olunub: "Blok bu addımı pisləyib. Bildirib ki, sülhməramlılar yalnız Azərbaycan-Ermənistan sərhədində yerləşdirilə bilər".

T.Abbaslı onu da bildirib ki, blokda təmsil olunan üç partiyanın Azərbaycan Yolu Hərəkatı ilə əməkdaşlıq etməsi məsələsi də müzakirə olunub: "Bununla bağlı onlara heç bir qadağa qoyulmayıb. Hər hansı bir siyasi qüvvə ilə əməkdaşlıq etməkdə sərbəst olduqları qərara alınıb".

Xəbər lenti

Xəbər lenti