...

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası 20 Yanvar və Xocalı soyqırımları ilə bağlı tədbirlər planı hazırlayıb

Siyasət Materials 17 Yanvar 2006 12:28 (UTC +04:00)

"Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası 20 Yanvar və Xocalı soyqırımları ilə bağlı tədbirlər planı hazırlayıb". Bu barədə Trend ə Əlaqələndirmə Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Teymur Muradov bildirib.

Onu da qeyd edək ki, adıçəkilən qurumun idarə heyətinin ilk sədri Azərbaycanın eks-prezidenti mərhum Heydər Əliyev olub. Hazırda şuranın rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, müavini isə Qulamrza Səbri Təbrizidir.

T.Muradov onu da bildirib ki, 20 Yanvar faciəsi ilə bağlı şuranın üzvləri Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra qərargahda anım toplantısı keçiriləcək: "Xocalı soyqırımı ilə bağlı tədbirlər planımız isə çox genişdir. Planlaşdırmışıq ki, fevralın 1-dən 26-dək paytaxtın bütün rayonlarında faciəni əks etdirən fotosərgilər təşkil edək".

Xatırladaq ki, 20 Yanvar faciəsi 1990-cı ildə, Xocalı soyqrımı isə 1992-ci il fevralın 26-da törədilib.

Xəbər lenti

Xəbər lenti