...

Emma Udvin: Cənubi Qafqazın Avropa Qonşuluq Siyasətinə daxil edilməsi güclü regional cəlbetmə məqsədi daşıyır

Siyasət Materials 23 Yanvar 2006 11:02 (UTC +04:00)
Emma Udvin: Cənubi Qafqazın Avropa Qonşuluq Siyasətinə daxil edilməsi güclü regional cəlbetmə məqsədi daşıyır

Xarici əlaqələr və qonşuluq siyasəti üzrə Avropa komissarının rəsmi nümayəndəsi Emma Udvinin Trend ə müsahibəsi

- AB "Yeni qonşuluq Siyasəti" proqramının Cənubi Qafqaz ölkələrinə, xüsusilə Azərbaycana münasibətdə perspektivləri necədir?

- Avropa Qonşuluq Siyasətinin (AQS) ümumi məqsədi bizim Avropa Birliyində Şərqdə və Cənubdakı qonşularımızla faydalandığımız sülh, sabitlik və tərəqqini bölüşmək və genişləndirilmiş yeni Avropa Birliyinin sərhədləri əhatəsində dost dövlətlər mühitini yaratmaqdır.
- Cənubi Qafqaz və Azərbaycana münasibətdə biz regionda çoxillik münaqişələrin həlli üçün müvafiq şəraitin yaradılmasında yardım göstərmək istərdik. Biz həm də demokratikləşdirmə, insan haqları kimi mühüm sahələrdə islahatların genişləndirilməsinə, eləcə də iqtisadi inkişaf və ticarət əməkdaşlığına kömək etmək istəyirik. Biz ümid edirik ki, bu, regionda yoxsulluq probleminin həlli üçün stimul olacaq.

- Həmin proqram çərçivəsində fəaliyyət Proqramının gerçəkləşdirilməsi ilə başlanan prosedura necədir? Fəaliyyət proqramının hazırlanmasına başlanıbmı və bu, nə vaxt Brüsselin təsdiqinə verilə bilər?

- Fəaliyyət Planının prosedurası çox sadədir. 2005-ci ilin aprelində Avropa Birliyi Şurası Avropa Qonşuluq Siyasətinin tərəfdaşları ilə məsləhətləşmələr aparılması və birgə layihə təqdim edilməsi üçün Komissiyaya müraciət edib. Bu yaxınlarda biz Azərbaycan hökuməti ilə danışıqlara başlamışıq və məqsədimiz Fəaliyyət Planını mümkün qədər tez işləyib başa çatdırmaqdır. Əlbəttə, bu birgə sənədi, prosesin sürətini həm Komissiya, həm də bizim azərbaycanlı tərəfdaşlarımız müəyyən edəcək. Biz mətn layihəsi üzərində işi bitirdikdən dərhal sonra bu, Azərbaycan hökuməti və Nazirlər Şurası tərəfindən həmin qurumların müvafiq proseduralarına əsasən qəbul edilməlidir. Nəticədə Fəaliyyət Planı AB və Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlığa dair Sazişə əsasən yaradılmış ən ali orqan olan Əməkdaşlıq Şurası tərəfindən təqdir edilməlidir.

- "Yeni Qonşuluq Siyasəti"nin ayrılmaz bir hissəsi olaraq Azərbaycan Avropa Birliyi ilə münasibətləri ikitərəfli əsasda inkişaf etdirəcək yoxsa Brüssel Cənubi Qafqazın hər üç dövləti ilə kompleks münasibətləri inkişaf etdirmək niyyətindədir?

- AQS-nin əsas mövqeyi "fərqləndirmə"dir və bu, bizim hər bir ölkədə müxtəlif problemlərin həlli üçün yararlanmaq istədiyimiz bir sıra vasitə və stimullarla göstərilir. İşlənib-hazırlanmış hər bir Fəaliyyət Planı nəticə etibarilə nadir sənəddir, həm də bu və ya digər ölkə üçün səciyyəvi olan əsas məsələlərə müvafiqdir.
Cənubi Qafqazın Avropa Qonşuluq Siyasətinə daxil edilməsi güclü regional cəlbetmə məqsədi daşıyır. Gələcəkdə regional əməkdaşlığa bariz nümunə olmaqla Birlik belə bir yanaşmanı ayrı-ayrı ölkələrin tarixi-siyasi vəziyyətini nəzərə almaqla dünyanın müxtəlif yerlərində dəstəkləmək istəyir.

- Dekabrın 12-də Brüsseldə Avropa Birliyinin ümumi işlər və xarici əlaqələr Şurasının iclası keçirilib və burada Avropa Qonşuluq Siyasətinin həmçinin Azərbaycana münasibətdə gerçəkləşdirilməsi məsələləri müzakirə edilib. Həmin iclasın yekunları necədir?

- Dekabrda mən Ümumi işlər və xarici əlaqələr Şurasına (Avropanın xarici işlər nazirləri) birinci ilə dair Avropa Qonşuluq Siyasətinin ilk yeddi Fəaliyyət Planını təqdim etdim.Bu Fəaliyyət Planları Ukrayna, Moldova, İsrail, İordaniya, Mərakeş, Fələstin və Tunis ilə bağlı tərtib olunmuşdu.
Mən həm də Şuraya Azərbaycan, Misir, Gürcüstan, Ermənistan və Livan ilə daha beş Fəaliyyət Planına dair danışıqlarla bağlı məlumatlar təqdim etmişəm. Həm Komissiya, həm də Şura Avropa Qonşuluğunda tərəqqi, sabitlik və təhlükəsizlik zonasının yaradılmasına yönəldilmiş həmin işin süərətləndirilməsinə görə məsuliyyət daşıyır. Burada həm qonşu dövlətlər, həm də AB özü maraqlıdır.

- Siz dekabrda Brüsseldə AB ilə Cənubi Qafqaz ölkələri arasında aparılmış son danışıqları necə qiymətləndirirsiniz?

- Dekabrın 13-də keçirilmiş üç görüş konstruktiv olub və hər iki tərəfə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün imkan yaradıb.

Xəbər lenti

Xəbər lenti