...

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gələcək

Siyasət Materials 24 Yanvar 2006 13:20 (UTC +04:00)
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gələcək

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye yanvarın 26-27-də Bakıya səfər edəcək. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Hazırda səfərin proqramı hazırlanır. Səfər zamanı Xarici İşlər nazirliyində və ölkənin digər idarələrində, həmçinin, AB-yə üzv ölkələrin səfirləri ilə görüşlər nəzərdə tutulub.

Danışıqlar zamanı AB-nin "Yeni Qonşuluq Siyasəti" proqramı ilə bağlı məsələlərə toxunulacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti