...

Aqşin Mehdiyev: AŞPA alt komitəsinin iclasında Azərbaycanda parlament seçkiləri məsələsi ilə bağlı heç bir qərar qəbul edilməyib

Siyasət Materials 26 Yanvar 2006 19:54 (UTC +04:00)
Aqşin Mehdiyev: AŞPA alt komitəsinin iclasında Azərbaycanda parlament seçkiləri məsələsi ilə bağlı heç bir qərar qəbul edilməyib

AŞPA alt komitəsinin yanvarın 26-da keçirilən iclasında Azərbaycanda parlament seçkiləri məsələsi ilə bağlı heç bir konkret qərar qəbul edilməyib. Bu barədə eksklyuziv olaraq Trend ə Azərbaycanın AŞ-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib.

Əsasən AŞPA-nın dünənki (25 yanvar) iclasında Azərbaycan üzrə qəbul edilmiş qətnamə və onun qiymətləndirilməsi müzakirə olunub. Müxalifətin parlamentin və qarşıdakı təkrar seçkilərin işində iştirakına xüsusi diqqət ayrılıb. "Müzakirələr işgüzar və sakit şəraitdə keçdi. Müxalifət seçki komissiyasının paritet əsasda formalaşdırılmasında təkid edirdi. Yeni Azərbaycan partiyasının (YAP) nümayəndələri bəyan etdi ki, YAP bu məsələdə konstruktiv əməkdaşlığa hazırdır, amma bunun üçün müxalifət də parlamentin və qarşıdakı təkrar seçkilərin işində iştirak etməli, konstruktivlik nümayiş etdirməlidir"-deyə A.Mehdiyev qeyd edib.

Qeyd edək ki, bağlı qapılar arxasında bir saat ərzində keçirilən iclasda Azərbaycanın AŞPA-dakı parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, parlamentin vitse-spikeri Bahar Muradova, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel, eləcə də Azərbaycan müxalifətini təmsil edən Xalq Cəbhəsi partiyasının (islahatçılar) sədri Əli Kərimli və Azərbaycan Demokrat partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu iştirak edib. İclasda hollandiyalı parlamentari Leo Platvoet sədrlik edib.

Xəbər lenti

Xəbər lenti