...

Anatoli Kinax: Energetika təhlükəsizliyi məsələləri Azərbaycanla Ukrayna arasında müzakirə mövzusu olacaq

Siyasət Materials 1 Fevral 2006 19:49 (UTC +04:00)
Anatoli Kinax: Energetika təhlükəsizliyi məsələləri Azərbaycanla Ukrayna arasında müzakirə mövzusu olacaq

Azərbaycan və Ukrayna energetika təhlükəsizliyi, enerji daşıyıcılarının nəqli marşrutlarının formalaşdırılması və digər məsələlər üzrə danışıqlar aparacaq. Trend Lider telekanalına istinadən bildirir ki, bu barədə Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibi Anatoli Kinax jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna mühüm tranzit imkanlarına malikdir və dünya bazarında əhəmiyyətli enerji daşıyıcıları tədarükçüsüdür. "Şübhəsiz ki, biz regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün lazım olan hər bir şeyi edəcəyik"-deyə o bildirib.

A.Kinaxın sözlərinə görə, Ukrayna GUAM çərçivəsində əməkdaşlığı inkişaf etdirir və "həmin əməkdaşlıq üçüncü ölkəyə qarşı yönəldilməyib". "Söhbət GUAM-a daxil olan dövlətlərin özünəməxsus coğrafi mövqeyindən gedir. Biz iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyanın yüksəldilməsi, ticarət və sahibkarlarımızın əməkdaşlığı üçün əlverişli şəraitin yaradılmasında regional əməkdaşlığın bütün amillərindən maksimum istifadə məqsədilə iş aparlmasını planlaşdırırıq"-deyə A.Kinax qeyd edib.

Xəbər lenti

Xəbər lenti