...

Çingiz Hüseynzadə: "Ümid edirik ki, 2008-ci ilin Olimpiya oyunlarında Azərbaycan komanda heyəti ilə də təmsil olunacaq"

Siyasət Materials 3 Fevral 2006 17:51 (UTC +04:00)
Çingiz Hüseynzadə: "Ümid edirik ki, 2008-ci ilin Olimpiya oyunlarında Azərbaycan komanda heyəti ilə də  təmsil olunacaq"

Milli Olimpiya Komitəsinin vitse-prezidenti ilə Trend in müsahibəsi

- Cari ilin lisenziyalı yarışların yaxınlaşması ilə bağlı əlamətdar olduğunu demək mümkündürmü?

- Olimpiya Oyunlarına dörd illik hazırlıq dövrü mühüm və çox da mühüm olmayan bölgünü nəzərdə tutmur. Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin də dəqiq qeyd etdiyi kimi, Sidneydə Olimpiada başa çatdıqdan bir neçə gün sonra dörd illiyin növbəti əsas yarışına hazırlıq başlayır.

Burada fasilə yoxdur, buna görə də hər il çətin və məsuliyyətlidir. Məhz dörd il ərzində 16-17 yaşlı yeniyetmələr böyük yaş həddində çıxış etməyə başlayır. Sadəcə olaraq ötən olimpiya ilində növbəti Oyunlarda iştirak edəcək komandanın tərkibini təyin etmək mümkün deyil. Bir tərəfdən bizim ümid etdiyimiz tanınmış idmançılar vardır, amma onlar hələlik üç ildən sonra öz qüvvələrinə inanmır.

Digər tərəfdən məlum deyil böyüməkdə olan nəsil özünü necə göstərəcək. Buna görə cari il çox məsuliyyətlidir, belə ki, məhz indi Pekinə gedəcək əsas namizədlər müəyyən ediləcək. Beləliklə, ötən il gənclər arasında keçirilmiş yarışlarda medal qazanmış idmançılar heyətdə yer uğrunda mübarizə aparmaq şansı əldə ediblər. Iə bu mənada cari il çox əhəmiyyətlidir.

- Bu il daha nə ilə yadda qalacaq?

- Bu ildən Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Oyunlarının gələcək iştirakçıları üçün təqaüd proqramını açır.

Belə ki, bu mövsümdən idmanın ayrı-ayrı növlərində ilk lisenziyaların verilməsi ilə bağlı oyunlar başlayacaq, halbuki güllə və stend atıcılığı üzrə proqramda vakansiya uğrunda mübarizə keçən ildən artıb.

Əgər 2006-cı ildə Pekinə geniş tərkibdə idmançılar getsə, növbəti mövsümdə onların sayı azalacaq.

- Geniş siyahıya yeni adların daxil ediləcəyi nəzərdə tutulur...

- Bu şübhəsizdir. Lakin bu adlar hələlik ictimaiyyətə məlum deyil. Bu zamanın işidir, axı biz həm də ona ümid edirik ki, Pekində Azərbaycan ilk dəfə olaraq komanda heyəti ilə təmsil olunacaq. Xüsusilə, üstünlük qadın voleyboluna və otüstü xokkeyə verilir. Artıq MOK tərəfindən xokkey üzrə Olimpiya proqramına iki vakansiya daxil edilib.

Yaddan çıxarmaq lazım deyil ki, Oyunlarda iştirak etmək üçün namizədlərin siyahısı nə qədər geniş olsa, yığma Olimpiadada daha böyük tərkibdə iştirak edəcək.

-Sizin fikrinizcə, MOK-nın Sinqapurda keçirilmiş konqresində Pekində keçiriləcək Olimpiya proqramının təsdiqlənməsini başa çatmış hesab etmək olarmı?

- Artıq heç bir dəyişiklik olmayacaq. MOK bu məsələyə baxarkən iştirakçıların ümumi sayının (10500-ə qədər) və mükafatların sayının (300) dəyişməzliyi prinsipinə əsaslanır .

Məsələn, əgər Güləş Federasiyası oyunlara qadınların da qatıldığı yarışları daxil etmək isətəydi, o zaman, federasiya kişilərin çəki dərəcələrinin sayını azaldardı.

Eyni şeyi Ağır Atletika Federasiyası haqqında da demək olar. Kişilər arasında güləş üzrə çəki dərəcəsini azaltmaqla Olimpiadaya qadın boksunun daxil edilməsi ilə bağlı söhbətlər də olub, yəni bütün dəyişikliklər yalnız bu çərçivədə, idmanın bu və ya digər növündə iştirakçıların və medalların ümumi sayı dəyişmədən olmalıdır.

- Artıq 2010-cu il Oyunlarınnın proqramına daxil edilməyəcək beysbol və softbolu hansı idman növləri əvəz edə bilər?

- Bu barədə demək çətin osa da, bu məsələnin öz incəliyi var. Əgər beysbol proqramdan çıxarılarsa, o zaman bu idman növünü karate əvəz edə bilməz. Axı şərq döyüş növü olan karate kişilər və qadınlar arasında bir neçə çəki dərəsində mükafatlar uğrunda mübarizəni nəzərdə tutur, beysbol isə bir mükafatla məhdudlaşır. Buna görə də bu məsələ çoxlu mübahisələrə səbəb olur.

Hətta MOK-nın Sinqapurda keçirilmiş konqresində Olimpiya proqramının ixtisara salınması üzrə səsvermənin nəticələri də elan olunmamışdı. Bundan başqa elə adamlar da var idi ki, onlar səsvermə zamanı tərəflər arasında bərabər qaydada fikir ayrılığının yarandığını təsdiqləyirdi.

Bu məqamlar növbəti Konqresdə müzakirə olunacaq və hansı idman növlərinin proqramdan çıxarılacağı dəqiq müəyyənləşdiriləcək.

Bilirəm ki, hazırda softbol və beysbolun dəstəklənməsi üçün demək olar ki, bütün ölkələrdə geniş təbliğat aparılır. Bir neçə Federasiya, o cümlədən qılınc oynatma federasiyası oyunlarda kvotanın artırılması uğrunda mübarizə aparır.

Məntiq tələb edir ki, proqrama qılıncoynatmanın eyni zamanda üç növü də daxil edilməlidir. Lakin buna asanlıqla necə nail olmaq olar? Yəni Federasiyaların onlara ayrılmış kvota çərçivəsində və müəyyən çərçivədən çıxmamaq şərtilə növlərin azaldılması və ya artırılması təklifi ilə çıxış etmək hüququ var.

- O zaman nə üçün MOK Federasiyalara kömək etmir?

- Bir çoxları sual verir ki, nə üçün proqrama 30 yox, məhz 26 idman növü daxil edilməlidir. Nə üçün 310 yox, 300 mükafat oynanılır. Maliyyə hesabatları isə MOK-nın gəlirlərinin hər il artdığını göstərir. Lakin əsas problem maliyyə ilə bağlı deyil, həmişə vəsait əldə etmək olar, buna görə də çətinlik tamamilə başqa bir məsələ ilə bağlıdır.

Məsələ burasındadır ki, idmanın bir növünün dəyişiməsi ilə yarışın bütün qrafiki dəyişir. Oyunların cədvəlinin dəyişdirilməsi isə böyük səy tələb edir, təşkilatçılar üçün əlavə baş ağrısı yaradır. Onu da nəzərə almaq lazımdır ki, Pekinin Təşkilat Komitəsində həm də Sidney Oyunlarının Təşkilat Komitəsinin tərkibinə daxil olan minimum 30-40% mütəxəssis çalışır. Bu şəxslər işin mexanizmini bilir və artıq nəyisə dəyişmək istəmir.

Bundan başqa ölkə Olimpiadanın başlamasınadək ötən 7 il ərzində Oyunları keçirmək hüququ əldə edir və müvafiq müqavilə imzalayaraq Olimpiadaya hazırlığı ən xırda detallara qədər qeyd edir.

Hər şey sonuncu adama kimi nəzərə alınır və MOK nəyisə dəyişməyi və ya əlavə etməyi təklif etdikdə Təşkilat Komitəsi bununla razılaşmır. Yəni Olmpiadanın proqramına keyfiyyətli yeniliklər etməyə mane olan, menecment, marketinq və maliyyə məsələləri ilə bağlı kifayət qədər çətinliklər var.

- Oyunların təqviminə hansı idman növlərinin daxil edilməsi Azərbaycan üçün sərfəlidir?

- Bir neçə il əvvəl Rusiya sambonun Olimpiya proqramına daxil edilməsi təklifini irəli sürmüşdü və biz onun bu təşəbbüsünü dəstəkləmişdik.

Sambo, akrobatika və WKF-in (World Karate Federation) dəstəklədiyi karate idman növləri üzrə medal uğrunda mübarizə aparmağa qadir güclü idmançılarımızın olduğunu nəzərə alaraq eyni sözləri bu növlər haqqında da demək olar. Lakin bizim arzumuz hələ heç nə demir, axı hər ölkənin öz prioriteti olduğundan burada problem və çətinliklər qaçılmazdır.

Xəbər lenti

Xəbər lenti