...

Bəhruz Quliyev: Prezident İlham Əliyev Azərbaycanda azad mətbuatın inkişafının qarantıdır

Cəmiyyət Materials 24 Noyabr 2013 20:55 (UTC +04:00)
“Prezident İlham Əliyevin ikinci dəfə “Jurnalistlərin dostu” mükafatın”a layiq görülməsi tamamilə reallığı əks etdirən möhtəşəm hadisədir.
Bəhruz Quliyev: Prezident İlham Əliyev Azərbaycanda azad mətbuatın inkişafının qarantıdır

Azərbaycan Bakı, 24 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Prezident İlham Əliyevin ikinci dəfə "Jurnalistlərin dostu" mükafatın"a layiq görülməsi tamamilə reallığı əks etdirən möhtəşəm hadisədir. Bunu Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev Azərbaycan mətbuatının inkişafı üçün çoxvektorlu fəaliyyət ortaya qoyub: "Cənab Prezidentin həm qanunvericilik səviyyəsində, həm də maddi-texniki bazanın təkmilləşdirilməsi baxımından medianın tərəqqisinə tarixi hadisə sayılacaq töhfələr verib. KİV-lərin inkişafına dəstək verəcək Konsepsiyanın qəbul edilməsi, Fondun yaradılması, jurnalistlərin sosial problemlərinin həll edilməsi bu qismdən sayıla bilər. Eyni zamanda, Azərbaycan Prezidenti dünya ölkələri üçün nümunə ola biləcək addım ataraq, media nümayəndələrinin mənzillə təmin edilməsini reallaşdırdı. Yəni, dövlətimizin başçısının mətbuatımızın inkişafı üçün atdığı addımlar dünya mətbuat tarixi üçün bir presedentdir".

B.Quliyev söyləyib ki, ölkəmizdə söz, ifadə və mətbuat azadlığı, internetdən istifadə mütəşəkkilliyi tam şəkildə təmin edilib: "Bu mənada, əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyev Azərbaycanda azad mətbuatın inkişafının qarantıdır".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu" seçilmişdir. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilib.

1997-ci ildə "RUH" Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev layiq görülüb.

Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilib.

Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə "Jurnalistlərin dostu" elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti