...

Azərbaycanda yağıntılar intensivləşəcək

Cəmiyyət Materials 27 Noyabr 2014 12:32 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.
Azərbaycanda yağıntılar intensivləşəcək

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində sulu qar, qar yağacaq, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti