...

İstintaq təcridxanasında ailə quruldu (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2015 16:07 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib.
İstintaq təcridxanasında ailə quruldu (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, təcridxanada saxlanılan Bayramov Rəsul Qəfər oğlu ilə vətəndaş Qədirova Bahar Həsən qızının müraciətləri əsasında onların nikah mərasiminə Xidmət tərəfindən şərait yaradılıb.

4 saylı Bakı "ASAN xidmət" mərkəzinin Qeydiyyat şöbəsinin baş məsləhətçisi Məmmədova Pərvin Gündüz qızı tərəfindən qeydə alınan nikah mərasimində Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.

Ailə quran məhkumlar yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti