...

"Aura" Sağlamlıq Mərkəzində müalicəvi masaj mövzusunda açıq qapı

Cəmiyyət Materials 2 Mart 2015 16:24 (UTC +04:00)
Martın 1-də "Excelsior Hotel & Spa Baku" hotelində yerləşən "Aura" Spa və Sağlamlıq Mərkəzində KİV nümayəndələri üçün “Açıq qapı” günləri keçirilib.
"Aura" Sağlamlıq Mərkəzində müalicəvi masaj mövzusunda açıq qapı

Martın 1-də "Excelsior Hotel & Spa Baku" hotelində yerləşən "Aura" Spa və Sağlamlıq Mərkəzində KİV nümayəndələri üçün "Açıq qapı" günləri keçirilib.

Günün əsas müzakirə və təqdimat mövzusu Şərq və Asiya müalicə üsulları idi. Son illər hər birimizin sağlamlıq anlayışında yer alan uzaq şərq təbabəti və Çin fəlsəfəsinin bariz nümunəsi aromaterapiyadır. Müxtəlif çiçək və meyvələrdən alınan yağlar "Canlı Kosmetika" şöhrəti ilə, təbii tərkibi, sağlamlığa, mənəvi rahatlığa, ən əsası isə "anti-aginig" xüsusiyyətlərinə malikdir. Jurnalistərə bu barədə məlumat verən "Aura" Spa və Sağlamlıq Mərkəzinin meneceri Şahin Qədimov qeyd edib ki, aromayağlarla müalicəvi masaj proseduraları olduqca çox rəğbət görür. Digər diqqət çəkən prosedurlarından biri qaynar daşlara, başqa dildə desək, "hot stones" masajıdır. Belə ki, 45-dən 55 C dərcəyə qədər qızdırılan daşlar mütləq vulkanik bazalt olmalıdır. Məhz bu daşlar istini daha yaxşı saxlayır və unikal tərkibi 5 əsas ünsürdən ibarətdir - od, su, hava, torpaq və metal. Müasir həyat şərtlərini nəzərə alsaq, ruhumuzun, bədənimizin xroniki tükənmişlik sindromu, depressiya ən aktual ayaqlı xəstəlik halına gəlib və bundan xilas olmaq çox vaxt mümkün deyil. Təklif etdiyimiz xidmət əsrlər boyu təcrübədən keçmiş, faydasını doğrultmuş metoddur - ağrısız, iynə-dərmansız...

Tanıtım ekskursiyasının davamı "Aura" Spa və Sağlamlıq mərkəzində quraşdırılmış idman avadanlıqları ilə bağlıdır. Yüksək texnologiyalı idman avadanlıqları ilə təchiz edilmiş zalda, boks, aerobika, yoqa, pilates və zumba dərsləri keçirilir. Peşəkar məşqçilər tərəfindən verilən təlimlərdən, stolüstü tennis, skvoş və böyük tennis xidmətlərdən yararlana bilərsiniz.

Lakin xidmətlər bununla yekunlaşmır, sırf 8 Mart Qadınlar Gününə özəl kampaniyaya siz də qoşulun! Dəyərli qadınlarınıza xüsusi masaj paketləri hədiyyə edərək sevindirin!

Aura Relaks Paketi - 76 AZN Aura Cavanlaşdırma Paketi - 148 AZN
1 seans baş və üz masaji 1 seans aromaterapiya masajı
1 seans ayaq masajı 1 seans Tay masajı
1 seans İsveç masajı 1 seans qaynar daşlarla masaj

"Excelsior Hotel & Spa Baku" hotelinə +994 12 496 7802 / 012 496 8000 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti