...

Trend BİA-da "Cənubi Qafqazda dinlərarası dialoq: sabit inkişaf amili" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Mart 2015 19:02 (UTC +04:00)
Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyində “Şimal-Cənub” Siyasi Mərkəzinin nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan və Rusiyanın aparıcı ekspert və politoloqlarının iştirakı ilə “Cənubi Qafqazda dinlərarası dialoq: sabit inkişaf amili” mövzusunda beynəlxalq “dəyirmi masa” keçirilib.
Trend BİA-da "Cənubi Qafqazda dinlərarası dialoq: sabit inkişaf amili" mövzusunda "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 mart /Trend/

Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyində "Şimal-Cənub" Siyasi Mərkəzinin nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan və Rusiyanın aparıcı ekspert və politoloqlarının iştirakı ilə "Cənubi Qafqazda dinlərarası dialoq: sabit inkişaf amili" mövzusunda beynəlxalq "dəyirmi masa" keçirilib.

"Dəyirmi masa"nın gündəliyində dayanan əsas məsələlər aşağıdakılar olub: "Radikal islamın Cənubi Qafqaz ölkələrinin təhlükəsiz və sabit inkişafının saxlanmasına təhdidi"; "Sivilizasiyaların qarşıdurması: müasir geosiyasi proseslərin inkişafının mühüm amili kimi; "Xəzər regionunda perspektivli formatlar, terrorçuluq və ekstremizm təhdidlərinə qarşı mexanizmlər"; "Yaxın və Orta Şərqdəki vəziyyətin Cənubi Qafqaz dövlətlərinə mənfi təsiri perspektivləri"; "Rusiya və Azərbaycan arasında dinlər və etniklərarası dialoqun möhkəmləndirilməsi alətləri: pravoslavlıq və islamın qarşılıqlı fəaliyyəti".

"Dəyirmi masa"nın iştirakçıları Rusiya Elmlər Akademiyasının Etnologiya İnstitutunun Etnopolitik Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi Əhməd Yarlıkapov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Şərqşünaslıq kafedrasının professoru Marina Sapronova, Rusiya Federasiyası Prezidenti yanında Dini birliklərlə qarşılıqlı fəaliyyət Şurasının üzvü, Sankt-Peterburq Dövlət Universitetinin professoru və Fəlsəfə fakültəsinin din və dinşünaslıq fəlsəfəsi kafedrasının müdiri, Sankt-Peterburq Dövlət Universitetinin Sərbəst incəsənət və elmlər fakültəsinin Sosial və humanitar sahələrdə fənlərarası sintez problemləri kafedrasının professoru, Elmi iş fakültəsinin dekan müavini Marianna Şaxnoviç olublar.

"Dəyirmi masa"da Azərbaycan tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirləri Anar Əzizov və Niyaz Yaqubov, hüquq sahəsində fəlsəfə doktoru, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov, Bakıdakı pravoslav kilsəsinin nümayəndəsi, protoierey Konstantin Fominov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravvini Peysax Meyerov, Yaxın Şərq məsələləri üzrə ekspert Cahangir Araslı, "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə, "New Baku Post" qəzetinin baş redaktoru, politoloq Tofiq Abbasov və Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov iştirak ediblər.

İştirakçılar son vaxtlar Avropa və dünyada radikalizm və ekstremizin təkcə islamda deyil, ümumiyyətlə, artmasından narahatlıqlarını ifadə ediblər. Onların fikrincə, bu, radikalizm, açıq qarşıdurma və qarşılıqlı qəbul etməmənin üzdə olduğu bir çox digər dini konfessiyalara da aiddir.

"Dəyirmi masa" iştirakçıları, həmçinin dünyanın qabaqcıl dövlətlərinin radikal qüvvələrlə mübarizədə birləşməsinin zəruriliyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti