...

Mikayıl Cabbarov müəllimlərin maaşlarının artımından danışdı

Cəmiyyət Materials 2 Aprel 2015 12:03 (UTC +04:00)
Attestasiyadan keçən hər bir müəllim əmək haqları ilə bağlı islahatlarla əhatə olunacaq.
Mikayıl Cabbarov müəllimlərin maaşlarının artımından danışdı

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İlkin İzzət/

Attestasiyadan keçən hər bir müəllim əmək haqları ilə bağlı islahatlarla əhatə olunacaq. Trend xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, ilkin mərhələdə maaş artımı mart ayı üçün artıq Bakıda yerləşən məktəblərdə fəaliyyət göstərən müəllimlərə ödənilib: "Hər bir müəllimin artım faizi və nisbəti fərdidir. Bu onların iş stajı və dərs yükündən asılıdır. Bu məsələyə dair Bakı şəhər Təhsil İdarəsi xüsusi açıqlama verib. Hazırda müvafiq məktəblərdə həm müəllimlərə, həm də məktəb rəhbərliyinə bu işlə bağlı əlavə məlumatlar verilir. Bu məqsədlə xüsusi işçi qrupu formalaşıb".

Artımda konkret rəqəmə gəlincə, M.Cabbarov qeyd edib ki, bu artım hər bir müəllim üçün fərqlidir: "Əksər müəllimlər üçün bu əmək haqqı artımı təxminən 30-40 faiz civarında olur. Bundan daha çox alan da, az alan da müəllimlər var. Bunun da səbəbi iş stajı və dərs yükləri, eləcə də Azərbaycan Respublikasının gəlir vergisi sistemindən asılıdır. Maaşların nə dərəcədə artmasından asılı olaraq təbii olaraq hər bir vətəndaşın gəlir vergisi dərəcəsi tətbiq oluna və ödənilə bilər. Belə yanaşma olmamalıdır ki, hər bir müəllimə artım eyni svəiyyədə tətbiq olunub. Eyni qrupda, yəni stajla çalışan və dərs yükünə malik olan müəllimlərin maaş artımı eyni ola bilər. O ki, qaldı ümumi artıma, bu, cənab Prezidentin sərəncamı ilə müəyyən edilib. Dərs stavkası 1,5 dəfə, əmək haqqı isə orta hesabla 2 dəfə artırılıb. Bunun da əks hesablanmasını keçirmək asandır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti