...

Azərbaycanda istirahət günü hava necə olacaq?

Cəmiyyət Materials 25 Aprel 2015 12:40 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 23 dərəcəyədək yüksələcək.
Azərbaycanda istirahət günü hava necə olacaq?

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 23 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 26-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Çənub küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 26-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti