...

Nazir: Azərbaycanda manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir

Cəmiyyət Materials 3 May 2015 13:31 (UTC +04:00)
Azərbaycanda manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir
Nazir: Azərbaycanda manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir

Azərbaycan, Bakı, 3 may /Trend/

Azərbaycanda manatın məzənnəsində ciddi dəyişikliklər gözlənilmir. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bazar günü Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında deyib.

Onun sözlərinə görə, dünya bazarında yaranmış vəziyyət əlaqədar olaraq, Azərbaycanın milli məzənnəsi həm möhkəmlənmək, həm də zəifləmək imkanı var, bu, normal prosesdir.

Mərkəzi Bankı öz maliyyə-kredit siyasətinə müvafiq olaraq, manatın məzənnəsinin ciddi dəyişikliyinin qarşısını ala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti