...

Bakı küləkli olacaq

Cəmiyyət Materials 2 İyul 2015 12:38 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 34 dərəcə olacaq.
Bakı küləkli olacaq

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 34 dərəcə olacaq. İyulun 4-də isə temperatur rejimində ciddi fərq olmasa da, şimal küləyi üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, iyulun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 3-də hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda havanın temperaturu gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti