...

Ağstafada qrunt suları təhlükə mənbəyinə çevrilib

Cəmiyyət Materials 1 Avqust 2015 13:24 (UTC +04:00)
Ağstafa rayonunda qrunt suları təhlükə mənbəyinə çevrilib.
Ağstafada qrunt suları təhlükə mənbəyinə çevrilib

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Ağstafa rayonunda qrunt suları təhlükə mənbəyinə çevrilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağstafa rayonunun Tatlı kəndində qrunt suları 20-yə yaxın ailəni təhlükə qarşısında qoyub. 6-7 aydır suyun bolluğu kənd sakinlərinə məxsus evləri və təsərrüfatları yararsız hala salıb. Qrunt sularının artması evlərin döşəməsini də yararsız hala salıb ki, nəticədə zirzəmiyə düşənlər də olub.

Suyun həyətlərə, evlərə yığılıb qalması ziyanverici həşəratların yaranmasına səbəb olub ki, nəticədə bu canlılar azyaşlı sakinləri sancaraq bədənlərində müxtəlif yaralar yaradıb. Havaların isti keçməsinə baxmayaraq, kəndin əksər evlərinin həyətləri lilin-palçığın içindədir. Sakinlər bildirir ki, öz torpaq sahələrində əkin işi də apara bilmirlər. Hansı tərəfi qazırsan, su çıxır.

Tatlı kəndində yaranan mövcud problemlə ələqədar Ağstafa rayon İcra Hakimiyyətindən nümayəndələr əraziyə baxış keçirib. Kənddə üzə çıxan qrunt sularının qarşısını almaq üçün layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub.

Kənddə yaranan problemin yaxın vaxtlarda aradan qaldırılacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti