...

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 41 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 18 Avqust 2015 13:03 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.
Azərbaycanın bəzi yerlərində havanın temperaturu 41 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 41 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 19-da Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq, lakin axşam doğru buludluluq artacaq. Cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti