...

Bakı-Şamaxı-Yevlax yolunda bir hissəsində təmir yekunlaşmaq üzrədir (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2015 15:11 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-172-ci kilometrlik hissəsində aparılan cari təmir işləri yekunlaşmaq üzrədir.
Bakı-Şamaxı-Yevlax yolunda bir hissəsində təmir yekunlaşmaq üzrədir (FOTO)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-172-ci kilometrlik hissəsində aparılan cari təmir işləri yekunlaşmaq üzrədir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən ərazidə yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib. Bundan sonra yolun ümumilikdə 13 min kvadratmetr sahəsinə yeni asflat-beton örtüyü döşənib. Təmir işləri zamanı hərəkət hissəsinin eni 7,5 metr olan yolun çiyinlərində də bərkidilmə aparılır.

Qeyd edək ki, "Azəryolservis" ASC regionlarla yanaşı, Bakının bəzi yollarında da təmir-bərpa işləri aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti