...

Müəllimlik ixtisası üzrə internaturanın tətbiqi üçün işlərə başlanıldı

Cəmiyyət Materials 29 Oktyabr 2015 11:51 (UTC +04:00)
Azərbaycanda müəllimlik ixtisası üzrə təhsil almaq istəyənlər üçün internatura modelinin tətbiqi üçün artıq işlərə başlanılıb.
Müəllimlik ixtisası üzrə internaturanın tətbiqi üçün işlərə başlanıldı

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycanda müəllimlik ixtisası üzrə təhsil almaq istəyənlər üçün internatura modelinin tətbiqi üçün artıq işlərə başlanılıb.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Dövlət mükafatına layiq görülmüş müəllimlərə mükafatların təqdim edilməsi mərasimi zamanı deyib.

Nazirin sözlərinə görə, artıq müəllim işləmək istəyənlərin, eyni zamanda yüksək balla pedaqoji ixtisaslara qəbul olan tələbələrin sayı artır: "Bu il Azərbaycan Dövlət Pedaqoji Universitetinə pedaqoji ixtisaslara qəbul imtahanlarıbda yüksək bal toplamış 188 nəfər qəbul olunub ki, bu göstərici də keçən illə müqayisədə 10 dəfə çoxdur".

Nazir bildirib ki, artıq ölkənin ümumi təhsil sistemində calışan müəllimlərin 20 faizinin diaqnostik qiymətləndirilməsi həyata keçirilib: "Bu ilin sonuna kimi daha 3 şəhər və 9 rayonda diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bununla da diaqnostik qiymətləndirilmə ilə ölkənin ümumi təhsil sistemində çalışan bütün müəllimlərin 40 faizi əhatə olunacaq".

Bu islahatların davamlı olaraq, həyata keçiriləcəyini deyən M.Cabbarov əlavə edib ki, bu prosesin məqsədi yalnız əmək haqqının artımını təmin etmək deyil, təhsilin keyfiyyətini yüksəltməkdir.

M.Cabbarov qeyd edib ki, məktəb yalnız akademik bilik verməli deyil, şagirdlər məktəbdə həmçinin bir şəxsiyyət kimi yetişməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti