...

Azərbaycan gimnastı: Təşkilatçılar Bakıda batut gimnastikası üzrə Dünya Kubokuna hazırlığa can qoyurlar (FOTO)

Cəmiyyət Materials 2 Mart 2016 19:57 (UTC +04:00)
Batut gimnastikası üzrə Dünya Kubokunun təşkilatçıları bu yarışlara hazırlıq işlərinə can qoyurlar.
Azərbaycan gimnastı: Təşkilatçılar Bakıda batut gimnastikası üzrə Dünya Kubokuna hazırlığa can qoyurlar (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Batut gimnastikası üzrə Dünya Kubokunun təşkilatçıları bu yarışlara hazırlıq işlərinə can qoyurlar. Bunu Trend-ə azərbaycanlı batutçu İlya Qrişunin deyib.

Onun sözlərinə görə, Dünya Kubokuna hazırlığı plan üzrə gedir: "Gözləntilərə gəlincə, ən azı, mükfatçılar sırasına düşmək istərdim. Ümumilikdə bütün peşəkar idmançılar kimi, mənim də qalib olmaq arzum var. Hazırlıq düzgün getdiyindən, fikrimcə, şanslar böyükdür. Mükafatçı olmaq olduqca realdır, lakin ilkin çıxışlardan sonra hər hansı nəticə çıxarmaq olar".

İdmançı qeyd edib ki, martda keçirıiləcək Avropa çempionatınadək yaxşı formanı qorumaq çətin olacaq: "İş burasındadır ki, məhz hazırda özümü formanın zirvəsində hiss edirəm və Avropa çempionatı dövründə bunu qorumaq üçün nə etmək lazım olduğunu dəfələrlə düşünmüşəm. Çünki bir çox idmançılar 100 faiz hazır olanda bəzən məqsədə çatmırlar. Ümid edirəm ki, biz məşqçi ilə yanılmayacağıq. Artıq məşqin bütün gedişini düşünmüşük, lakin hazırda yalnız Dünya Kuboku barədə düşünürük".

Gimnast əlavə edib ki, Dünya Kubokuna çox tanınmış idmançılar gələcək: "Rusiya və Belarusdan güclü idmançılar gələcəklər. Olimpiadaya lisenziya qazanmış fransızları da siyahıdan silmək olmaz. Hesab edirəm ki, bütün idmançılar çox layiqli rəqiblərdir və kimisə nəzərə almamaq düzgün addım olmazdı".

İ.Qrişunin diqqətə çatdırıb ki, Milli Gimnastika Arenasında özünü çox rahat kimi hiss edir: "Səviyyə çox yüksəkdir. Fikrimcə, Bakıya gələcək bütün nümayəndələr təşkilati işləri layiqincə qiymətləndirəcəklər. Görünür ki, təşkilatçılar hər şeyə can qoyurlar. Bu sevindirir və ümid edirəm ki, hamının xoşuna gələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti