...

Azərbaycanda məhkəmə qərarlarında qanunlara və beynəlxalq konvensiyalara istinadların sayı artıb

Cəmiyyət Materials 25 Mart 2016 22:15 (UTC +04:00)
2015-ci ildə məhkəmə qərarlarında qanunlara və beynəlxalq konvensiyalara istinadların sayı artıb.
Azərbaycanda məhkəmə qərarlarında qanunlara və beynəlxalq konvensiyalara istinadların sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

2015-ci ildə məhkəmə qərarlarında qanunlara və beynəlxalq konvensiyalara istinadların sayı artıb.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri ədliyyə strukturlarında qanunların və konvensiyaların istifadəsinə nail olmaqdır.

E.Səfərov deyib ki, 2015-ci ildə BMT Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Konvensiyasına 10 məhkəmə qərarında istinad edilib: "Məişət zorakılığı haqqında" qanuna isə 4 məhkəmə işində istinad olunub. "Gender bərabərliyinin təminatları haqqında" qanuna 6, Uşaq Hüquqları haqqında Konvensiyaya 3506 məhkəmə qərarında istinad edilib. Bu faktlar onu göstərir ki, məhkəmə qərarlarında həmin qanunun və konvensiyanın istifadəsinə istinad edilir və bu gün həmin qanunlar və konvensiyaların milli qanunvercilikdə icrası həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti