...

Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi sistemi elektronlaşdırılır

Cəmiyyət Materials 20 Aprel 2016 15:57 (UTC +04:00)
Tələbə-universitet-təhsil sistemi münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması üçün hazırda tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsinin elektron sistemi yaradılır.
Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi sistemi elektronlaşdırılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə-universitet-təhsil sistemi münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması üçün hazırda tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsinin elektron sistemi yaradılır. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, bu iş yaxın aylarda yekunlaşacaq.

M.Cabbarov deyib ki, köçürmələrin elektronlaşdırılması bu prosesin daha da şəffaf olması istiqamətdə növbəti addımdır: "Bilirsiniz ki, bir neçə il əvvəl bu sahədə çətinliklərə, qeyri-şəffaf hallara rast gəlinirdi. Bu da əhalinin, tələbələrin haqlı narazılığına səbəb olurdu. Meyarların, qaydaların aydın şəkildə tətbiq edilməsi, eləcə də elan edilməsində əsas məqsəd məhz insan faktorundan asılılığın aradan qaldırılması idi".

O, əlavə edib ki, tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi meyarlarında köklü dəyişikliklər etməyi nəzərdə tutmurlar: "Müəyyən dəyişikliklər olacaq ki, bunların da cüzi xarakter daşıya biləcəyi istisna edilmir. Burada söhbət kardinal dəyişikliklərdən getmir".

M.Cabbarov bildirib ki, tələbə köçürülmələri istiqamətində son 3 ildə böyük işlər görülüb. Bu proses tam şəffaflaşmış meyarlara əsasən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti