Bakı. Ənvər Məmmədov - Trend:
İqtisadiyyat naziri Şahin Mustafayevin əmri ilə Etibar Abbasov "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri təyin edilib. Bunu Trend-ə nazirlikdən deyiblər.
E.Abbasov daha əvvəl ASC-nin İdarə Heyətinin sədr müavini olub.
Nazirlikdən qeyd ediblər ki, İdarə Heyətinin sədr müavini vəzifəsinə isə Səbuhi Mehdizadə təyin edilib.