...

İtkin düşmüş uşaqlarla bağlı məlumatlara rəsmi aydınlıq gətirildi

Cəmiyyət Materials 25 İyul 2016 17:05 (UTC +04:00)
Ötən il Azərbaycanda 652 nəfər itkin düşmüş şəxs tapılıb ki, onlarn da 100-ü 14-18 yaşadək uşaqlar olub.
İtkin düşmüş uşaqlarla bağlı məlumatlara rəsmi aydınlıq gətirildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il Azərbaycanda 652 nəfər itkin düşmüş şəxs tapılıb ki, onların da 100-ü 14-18 yaşadək uşaqlar olub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2014-cü illə müqayisədə 14-18 yaşadək uşaqların itkin düşməsi halları 4,2 faiz azalıb.

2015-ci ildə ümumilikdə 887 nəfər itkin düşüb. Onların da 652 nəfəri tapılıb, 235 nəfər isə hazırda axtarışdadır.

2015-ci ildə ümumilikdə itkin düşmüş 887 nəfərin 116-sı 14-18 yaşadək uşaq olub. Ötən il axtarışda olan 116 itkin uşağın 100-ü tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti