...

Bu təhsil müəssisələrinin adları dəyişdirildi - SİYAHI

Cəmiyyət Materials 3 Avqust 2016 10:20 (UTC +04:00)
Təhsil naziri Mikayıl Cabbarov bir neçə təhsil müəssisəsinin adının dəyişdirilməsi ilə bağlı əmr imzalayıb.
Bu təhsil müəssisələrinin adları dəyişdirildi - SİYAHI

Bakı. Trend:

Təhsil naziri Mikayıl Cabbarov bir neçə təhsil müəssisəsinin adının dəyişdirilməsi ilə bağlı əmr imzalayıb.

Trend Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirin imzaladığı əmrə əsasən aşağıda adları qeyd olunan təhsil müəssisələrinin adları yeni redaksiyada verilib:

1. Sumqayıt şəhər Fars-ingilis təmayüllü orta internat məktəbi – Sumqayıt şəhər internat tipli gimnaziya

2. Sumqayıt şəhər general M.Əsədov adına Tam orta internat məktəbi – Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

3. Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

4. Gəncə şəhər Sanatoriya tipli internat məktəbi – Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

5. Goranboy şəhər R.Ağakişiyev adına Ümumi orta internat məktəbi – Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziya

6. Zaqatala şəhər İnternat məktəbi – Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

7. Salyan şəhər A.Səfərov adına Ümumi orta internat məktəbi – Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

8. Siyəzən şəhər Ümumi orta internat məktəbi – Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

9. Balakən rayonu Ümumi orta internat məktəbi – Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya

10. Mingəçevir şəhər Tam orta internat məktəbi – Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

11. Neftçala şəhər M.Səfərov adına İnternat məktəbi – Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

12. Lerik şəhər V.İbrahimov adına Tam orta internat məktəbi – Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

13. Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

14. Göyçay şəhər S.Vurğun adına Tam orta internat məktəbi – Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya

15. Tovuz rayonu Qovlar şəhər Qarışıq tipli tam orta internat məktəbi – Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

16. Şəki şəhər Qarışıq tipli internat məktəbi – Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

17. Bərdə şəhər R.N.Musayev adına (inklüziv komponentli) günüuzadılmış ümumtəhsil orta məktəbi – Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya

Məqalədə:
Xəbər lenti

Xəbər lenti