...

Penitensiar Xidmət əməliyyat keçirdi - gizlədilən avtomat aşkarlandı (FOTO)

Cəmiyyət Materials 15 Avqust 2016 09:55 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları Bakıda əməliyyat keçirib
Penitensiar Xidmət əməliyyat keçirdi - gizlədilən avtomat aşkarlandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları Bakıda əməliyyat keçirib. Bu barədə Trend-ə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, avqustun 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsinin və 3 saylı istintaq təcridxanasının əməliyyat aparatlarının Bakı Şəhəri, Suraxanı rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Suraxanı rayonunun Zığ qəsəbəsindəki qəbristanlığın ərazisində xüsusi üsul ilə gizlədilmiş 1 ədəd “AKS” tipli, 5,45 kalibrli avtomat silah aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı şəhəri Suraxanı rayon Polis idarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti