...

Baş Prokurorluğun binası qarşısında aclıq aksiyası keçirilməyib

Cəmiyyət Materials 15 Sentyabr 2016 14:41 (UTC +04:00)
Baş Prokurorluğun binası qarşısında aclıq aksiyası keçirilməyib.
Baş Prokurorluğun binası qarşısında aclıq aksiyası keçirilməyib

Bakı. Trend:

Baş Prokurorluğun binası qarşısında aclıq aksiyası keçirilməyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Trend-ə verdiyi məlumata görə, sentyabrın 14-də bir qrup vətəndaşın, o cümlədən Alya Təmrazova, Sevda Süleymanova, Mətanət Mahmarzayeva və başqalarının prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirmələri qeydə alınmayıb.

O əlavə edib ki, qeyd edilən vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edilərək şikayətləri dinlənilmiş və müraciətlərində qaldırılan məsələlərin həlli üçün Baş Prokurorluğun aidiyyəti vəzifəli şəxslərinə konkret tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti