...

Uşaq Evinin sakinləri “Turizm həftəsi”ndə Bakının tarixi abidə və muzeylərini gəzəcəklər

Cəmiyyət Materials 23 Sentyabr 2016 12:23 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edir.
Uşaq Evinin sakinləri “Turizm həftəsi”ndə Bakının tarixi abidə və muzeylərini gəzəcəklər

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edir.

İdarədən Trend-ə verilən məlumata görə, “Turizm həftəsi” çərçivəsində Azərbaycanın xalçaçılıq incilərinin, milli sərvətlərin, tarixi abidələrin, gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.

Ekskursiyalar 27 sentyabr saat 11:00-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna, 28 sentyabr saat 15:00 –da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 29 sentyabr saat 15:00 –da Milli Azərbaycan Tarixi Muzeyinə, 30 sentyabr saat 15:00-da Azərbaycan Xalça Muzeyində təşkil ediləcək.

Həmçinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr – Beynəlxalq Turizm günü ilə əlaqədar tədbirlər planı hazırlayıb. İdarənin şəbəkəsinə daxil olan müəssisələr (kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri) tərəfindən müxtəkif sərgilər, söhbətlər, dəyirmi masalar, ekskursiyalar, “Açıq qapı” günləri təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti