...

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib

Cəmiyyət Materials 12 Oktyabr 2016 10:58 (UTC +04:00)
Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı bu gün Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyası ilə əlaqədar vətəndaşlara müraciət edib.
Mərkəzi Qan Bankı  vətəndaşlara müraciət edib

Bakı. Elçin Mehdiyev - Trend:

Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankı bu gün Azərbaycanda Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyası ilə əlaqədar vətəndaşlara müraciət edib.

Müraciətdə 60 yaşdan yuxarı olan insanların qan vermədə iştirak etməməsi tövsiyə olunur.

Müracitdə deyilir ki, əgər 65 yaşadək olan şəxslər davamlı olaraq 3-4 dəfə qan veribsə, o zaman həmin yaşadək olan insanlar qanvermədə iştirak edə bilər: “Əks halda 60 yaşdan yuxarı olan insanların qan verməsinə icazə verilmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti