...

Havalar qeyri-sabit keçəcək - temperatur 4-6° aşağı enəcək

Cəmiyyət Materials 14 Oktyabr 2016 12:53 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Havalar qeyri-sabit keçəcək - temperatur 4-6° aşağı enəcək

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun yarımadada gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda isə gecə 12-14° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Oktyabrın 15-dən 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv, 17-də güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək: 17-də gecə 8-10° isti, gündüz 10-12° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 15-17-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, yağışlı, güclü küləkli havanın üstünlüyü və iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti