...

Məktəbdə intiharın TƏFƏRRÜATLARI - Diş texniki özünü niyə asıb?

Cəmiyyət Materials 22 Noyabr 2016 15:32 (UTC +04:00)
Sumqayıtda orta məktəbdəki intihar hadisəsinin səbəbi məlum olub.
Məktəbdə intiharın TƏFƏRRÜATLARI - Diş texniki özünü niyə asıb?

Bakı. Samir Əli - Trend:

Sumqayıtda orta məktəbdəki intihar hadisəsinin səbəbləri məlum olub.

Trend-in məlumatına görə, noyabrın 21-də şəhərdəki 23 saylı orta məktəbin həyətindəki idman qurğusundan asılmış meyiti tapılan - əslən Neftçala rayonundan olan, 1965-ci il təvəllüdlü Cəfərov Rauf Əlisəf oğlu ailəsilə birlikdə Sumqayıtın 9-cu mikrorayonunda kirayədə yaşayıb. 3 övlad atası olan R.Cəfərov noyabrın 20-də gecə saatlarında evdən çıxıb və məktəbin həyətinə gələrək, orada özünü idman qurğusundan asaraq intihar edib.

Sumqayıtda orta məktəbdə intihar

Sumqayıtda orta məktəbdə intihar

Məlumata görə, R.Cəfərov Sumqayıt şəhər, 5-ci mikrorayondakı "İmplant" Estetik Klinikasında diş texniki işləyirmiş. İntiharın səbəbi kimi R.Cəfərovun külli miqdarda borcunun olması göstərilir. Məlumata əsasən, onun külli miqdarda borcu olub və son aylarda həmin borcları ödəyə bilməyib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti