...

Sumqayıtda orta məktəbdə intihar

Hadisə Materials 22 Noyabr 2016 09:39 (UTC +04:00)
Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Sumqayıtda orta məktəbdə intihar

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhərində intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Hadisə noyabrın 21-də şəhərdəki 23 saylı orta məktəbdə baş verib. 1965-ci il təvəllüdlü Cəfərov Rauf Əlisəf oğlu məktəbin həyətində özünü idman qurğusundan asaraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti