...

Metroda növbəti rəsm sərgisinə start verilib (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2016 15:03 (UTC +04:00)
Bu gün metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində "Metro Gallery" layihəsi çərçivəsində növbəti sərginin açılışı olub.
Metroda növbəti rəsm sərgisinə start verilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində "Metro Gallery" layihəsi çərçivəsində növbəti sərginin açılışı olub.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, "Azərbaycan Rəssamları" adlanan sərgi "Bakikhanov Residence" komplekslər qrupunun dəstəyi ilə baş tutub: "Sərgidə ümumilikdə 37 müəllifin 90 əsəri nümayiş olunur. Stansiyanın hər iki keçidində 6 ay davam edəcək sərgiyə hər kəs dəvətlidir.Bu "Metro Gallery" layihəsi çərçivəsində "Nəriman Nərimanov" və "Gənclik" stansiyalarının keçidlərində baş tutan sayca 6-cı sərgidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti