Bakı. Samir Əli - Trend:
Astara və Daşkəsən rayonlarında qeyri sabit hava şəraiti nəticəsində küləyin elektrik enerji təsərrüfatında yaratdığı problem dərhal aradan qaldırılıb.
Bu barədə Trend-ə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın heç bir rayonunda elektrik enerjisinin verilməsində problem yoxdur:
"Astara və Daşkəsən rayonlarında bəzi yerlərdə külək elektrik enerjisinin verilməsində problem yaratmışdı. Amma ciddi problem olmamışdı. Küləyin təsiri nəticəsində fəsadlar yaranan ərazilərdə problem operativ aradan qaldırılıb".