...

Metronun "Cəfər Cabbarlı" stansiyasının birinci yolunda təmir başa çatdı

Cəmiyyət Materials 14 Dekabr 2016 10:03 (UTC +04:00)
Dekabrın 7-də Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolunda başlanan təmir-bərpa işləri başa çatıb.
Metronun "Cəfər Cabbarlı" stansiyasının birinci yolunda təmir başa çatdı

Bakı. Samir Əli - Trend:

Dekabrın 7-də Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolunda başlanan təmir-bərpa işləri başa çatıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, artıq yol istifadəyə hazır vəziyyətə gətirilib:

"Təmir bərpa işlərinin aparılması məqsədilə yol iki həftəlik bağlanmışdı. Təmir işləri daha tez yekunlaşdı və yol dekabrın 15-dən istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti