...

Bakıda 413 piyada keçidi normalara uyğun quraşdırılmayıb

Cəmiyyət Materials 21 Dekabr 2016 12:05 (UTC +04:00)
Bakıda 413 piyada keçidi normalara uyğun quraşdırılmayıb.
Bakıda 413 piyada keçidi normalara uyğun quraşdırılmayıb

Bakı. Samir Əli - Trend:

Bakıda 413 piyada keçidi normalara uyğun quraşdırılmayıb.

Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli qurumun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Agentlik tərəfindən paytaxtda yerləşən piyada keçidləri araşdırılıb:

"Ümumilikdə 413 piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib. Nəqliyyat sıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bəzi məntəqələrdə piyadaların hərəkətinin xüsusi düymə ilə idarə olunan işıqforla nizamlanması haqqında təklif aidiyyəti üzrə göndərilib. Bundan əlavə, yol hərəkətinin təşkili və təhlükəsizliyinin artırılması məqsədilə Bakı şəhərinin 37 əsas küçə və prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi haqqında təkliflər hazırlanaraq Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti