...

Deputat: Tarif Şurası cəmiyyətin imkanlarını və fikirlərini nəzərə alır

Cəmiyyət Materials 23 Dekabr 2016 18:01 (UTC +04:00)
Təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin tətbiqi barədə Tarif Şurasının verdiyi əvvəlki qərara edilən müəyyən narazılıqlar dərhal nəzərə alındı.
Deputat: Tarif Şurası cəmiyyətin imkanlarını və fikirlərini nəzərə alır

Bakı. İlhamə İsabalayeva - Trend:

Təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin tətbiqi barədə Tarif Şurasının verdiyi əvvəlki qərara edilən müəyyən narazılıqlar dərhal nəzərə alındı.

Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Deputat qeyd edib ki, bu onu göstərir ki, Tarif Şurası cəmiyyətin imkanlarını və fikirlərini nəzərə alır: “Tarif Şurası qərar verərkən təhlillər aparır və ona uyğun olaraq da yeni qərarlar verilir. Bu da çox yaxşı haldır”.

N.Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə güzəştli limitlərin artırılması dövlət başçısının daim xalqın yanında olduğunu göstərir.

Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı (YENİLƏNİB)

Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı (YENİLƏNİB)

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Xatırladaq ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti