...

Sabah ölkə ərazisində yağmursuz hava olacaq

Cəmiyyət Materials 5 Fevral 2017 12:27 (UTC +04:00)
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb
Sabah ölkə ərazisində yağmursuz hava olacaq

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 0-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti