...

Bakıda DƏHŞƏT - Ər arvadının başını hamamda kəsdi

Cəmiyyət Materials 30 Mart 2017 07:09 (UTC +04:00)
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Bakıda DƏHŞƏT - Ər arvadının başını hamamda kəsdi

Bakı. Samir Əli - Trend:

Bakıda dəhşətli qətl hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Bakı şəhər sakini Cəlilov İsrail İsmayıl oğlu Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra İ. Cəlilov A. Cəlilovanı həmin evin vanna otağına gətirərək orada bıçaqla boğazını kəsərək öldürüb. Hadisəni törədən İ. Cəlilov qaçıb.

Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti