...

BU İL UNİVERSİTETLƏRİN ATTESTASİYASI KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 6 İyul 2005 13:41 (UTC +04:00)

2005-ci ildə AR Təhsil Nazirliyi ölkənin 6 ali məktəbində attestasiya keçirəcək. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Attestasiya Universitet və orta ixtisas məktəblərinin attestasiya və akkredetasiyası haqqında əsasnaməyə müvafiq olaraq keçiriləcək.

Əsasnamə hökumət tərəfindən təsdiqlənib, Təhsil Nazirliyi isə xüsusi qayda və meyarlar hazırlayıb. İlin sonuna qədər daha 4 orta ixtisas məktəbinin attestasiyası planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti