...

"EXCELCIOR" MEHMANXANASININ AÇILIŞ MƏRASİMİ KEÇİRƏLİCƏK

Cəmiyyət Materials 15 İyul 2005 12:14 (UTC +04:00)

İyulun 22-də Bakıda Heydər Əliyev prospektində yerləşən "Excelcior" mehmanxanasının rəsmi açılış mərasimi keçirəlicək. Bu barədə mehmanxananın sahibi "AtaHoldinq" şirkətlər qrupu İdarə Heyətinin sədr müavini Hakan Özalpay Trend ə müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, "Excelcior" statusuna görə Cənubi Qafqaz regionunda yeganə mehmanxana olacaq.

"Excelcior"da Azərbaycana səfər edəcək dövlət rəhbərlərinin qalması üçün xüsusi rezidensiyalar mövcuddur. Bura mövsümi deyil, daimi fəaliyyət göstərən bir istirahət mərkəzi olacaq",- deyə Hakan Özalpay vurğulayıb. Onun sözlərinə görə, 6 "ulduzlu" mehmanxana kompleksi şirkətə təqribən 15 milyon dollara başa gəlib.

"Yaxın vaxtlarda mehmanxananın yanında inşa olunan 2 min kv.metr sahəsi olan ikimərtəbəli idman-sağlamlıq kompleksi, üstü örtülü qaçış meydançası,ticarət mərkəzi və sair qurğuların da istifadəyə verilməsi gözlənilir. Bu isə ölkədə əlavə yüzlərlə iş yerlərinin açılması deməkdir",- deyə Hakan Özalpay vurğulayıb.

Xəbər lenti

Xəbər lenti