...

HÖKUMƏT "ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN AVADANLIQLA TƏMİN EDİLMƏSİ" DÖVLƏT PROQRAMININ GERÇƏKLƏŞDİRİLMƏSİNƏ TƏXMİNƏN 30 MLRD. MANAT AYIRACAQ

Cəmiyyət Materials 11 Avqust 2005 17:52 (UTC +04:00)

Azərbaycan hökuməti "Ümumtəhsil məktəblərinin avadanlıqla təmin edilməsi" dövlət proqramının gerçəkləşdirilməsinə təxminən 30 mlrd. manat ayıracaq.Bu barədə Trend agentliyinə AR təhsil nazirliyində bildirilib.

Nazirlikdən verilən məlumata əsasən, bu günkü gündə hökumət bu ilə artıq 10 mlrd. manat ayırıb.

Proqramın məqsədi ümumtəhsil məktəblərinin əsas məktəb ləvazimatlarına olan tələbatını təmin etməkdir.

Nazirliyin hesablamasına görə, hazırda ölkənin ümumtəhsil məktəblərində 300 min parta, 45 min yazı lövhəsi, 110 min stol və stula ehtiyac vardır.Bu tələbatı nazirliyin illik ayırdığı kiçik həcmli vəsaitlər hesabına təmin etmək mümkün deyil. Amma 2005-2009-cu illəri əhatə edəcək dövlət proqramı çərçivəsində bu, mümkündür.

Proqramın ümumi dəyəri 100 mlrd. manatdır.

Xəbər lenti

Xəbər lenti