...

ŞİMALİ İRLANDİYA YIĞMASI AZƏRBAYCANLA MATÇ ƏRƏFƏSİNDƏ İKİ FUTBOLÇUSUNDAN MƏHRUM OLUB

Cəmiyyət Materials 1 Sentyabr 2005 17:13 (UTC +04:00)

Sentyabrın 3-də Belfastda keçiriləcək dünya çempionatının seçmə yarışında Azərbaycan yığması ilə oynamağaq Şimali İrlandiya yığmasının iki futbolçusu intizam sanksiyalarına görə meydana çıxmayacaq.

UEFA-nın rəsmi saytına istinadən Trend in verdiyi məlumata görə, Şimali irlandiyalıların rəhbəri Louri Sançes Ceff Uitlinin və Filip Melbraynın xidmətlərindən istifadə etməməyi qərara alıb. "Kardiff Siti"nin futbolçuları rejimi pozaraq komandanın qaldığı mehmanxanaya səhərə yaxın qayıtdıqları üçün dərhal eə yola salınıblar.

Qayda-qanunu pozanları Şotland klublarını təmsil edən iki hücumçu əvəz edib. Bunlar "Hibernian"ın oyunçusu, ötən bazar günü "Reyncers"in qapısına üç zərbə vuran Ayven Spraul, və "Mazervel"dən olan Edi Smitdir. Bundan əlavə, Şimali İrlandiya yığmasını "Bernli"nin müdafiəçisi Maykl Daff da gücləndirib.

Xəbər lenti

Xəbər lenti