...

QƏDİR HÜSEYNOV ŞAHMAT TURNİRİNDƏ İKİNCİ YER DEYİL, BİRİNCİ YER TUTUB

Cəmiyyət Materials 8 Sentyabr 2005 15:56 (UTC +04:00)

İranda keçirilmiş beynəlxalq şahmat turnirinə həsr olunmuş İran veb-saytı azərbaycanlı qrossmeyster Qədir Hüseynovu yekun turnir cədvəlində səhvən ikinci yerdə yerləşdirərək, birinci yeri erməni şahmatçısı Qalstyana verib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun Trend ə bildirdiyinə görə, əslində həmvətənimiz əlavə nəticələrə görə bu turnirdə qalib gəlib. O, hətta erməni şahmatçısını şəxsi görüşdə də məğlub edib.

Xəbər lenti

Xəbər lenti