...

BAKIDA KATOLİK KİLSƏSİNİN ƏSASI QOYULUB

Cəmiyyət Materials 12 Sentyabr 2005 14:57 (UTC +04:00)

Bakıda katolik kilsəsinin əsası qoyulub. Trend bildirir ki, kilsənin təməlqoyma mərasimi Vatikan nümayəndəsi kardinal Kresçensio Sepenin Azərbaycana hazırkı səfəri ilə eyni vaxta təsadüf edib.

Vatikan nümayəndəsi mərhum papa II İohan Pavelin kitablarının satışından əldə olunmuş şəxsi vəsaiti hesabına tikiləcək 200 ziyarətçi üçünt nəzərdə tutulmuş kilsənin təməl daşının qoyulmasında şəxsən iştirak edib.

Səfər proqramına əsasən, Vatikan nümayəndəsi Şəhidlər Xiyabanını və Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin qəbrini ziyarət edib, Bakı şəhərinin Nizami rayonu ərazisində kimsəsizlər üçün tikilən binaya baş çəkib və katolik kilsəsinə gedəcək.

Günün ikinci yarısında Vatikan nümayəndəsi prezident İlham Əliyev, Qafqaz müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və dini konfensiyaların nümayəndələri ilə görüşəcək.

Xatırladaq ki, Bakıda olan katoliklərin ümumi sayı 150 nəfərdir.Nümayəndəlikdə bildirilib ki, Azərbaycan paytaxtında yaşayan katoliklərin arasında bir o qədər də xarici vətəndaşlar vardır.

Xəbər lenti

Xəbər lenti