...

ŞƏHRİYAR MƏMMƏDYAROV İSVEÇRƏDƏ KEÇİRİLƏN TURNİRDƏ İŞTİRAK EDİR

Cəmiyyət Materials 14 Sentyabr 2005 11:24 (UTC +04:00)

Sentyabrın 14-dən 19-na kimi İsveçrənin Lozanna şəhərində planetin ən güclü gənc şahmatçılarının ənənəvi 6-cı turniri keçiriləcək. Trend in xəbər verdiyi kimi, turnirdə 2003-cü ildə gənclər arasında dünya çempionu 20 yaşlı qrossmeyster Şəhriyar Məmmədyarov (2646) iştirak edir.

Bundan başqa, yarışlarda Ukrayna çempionu A.Volokitin (19 yaş, 2679), ABŞ çempionu X.Nakamura (18 yaş, 2660), 2005-ci ildə gənclər arasında dünya çempionu hindistanlı P.Harikrişna (19 yaş, 2645), norveçli qrossmeyster M.Karlsen (15 yaş, 2528), fransalı qrossmeyster M.Vaşer-Lyaqreyv (15 yaş, 2527), gürcüstanlı şahmatçı N.Dzaqnidze (2438) və almaniyalı E.Paets (2421) iştirak edirlər.

Turnir olimpiya sistemi üzrə keçirilir, yəni 8 iştirakçı 4 cütlüyə ayrılır və dörddə bir finalda oynayırlar, daha sonra cütlükdəki qaliblər yarımfinalda və finalda oynayırlar. Xatırladaq ki, keçən il Şəhriyar bu yarışların finalına qədər gəlib çıxmışdı.

Bu turnirlə yanaşı, Lozannada Open General açıq turnirinə də start verilib. Bu yarışlarda qrossmeyster Namiq Quliyev və Zeynəb və Türkan Məmmədyarovalar iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti