...

26 VƏKİL LİSENZİYA ALMAQ ÜÇÜN VƏKİLLƏR KOLLEGİYASINA MÜRACİƏT EDİB

Cəmiyyət Materials 3 Oktyabr 2005 17:35 (UTC +04:00)

Oktyabrın 3-dək 26 vəkil lisenziya almaq üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına (VK) müraciət edib. Bu barədə Trend ə VK-dan məlumat verilib.

VK-ya sənəd təqdim edənlər pullu hüquqi xidmət göstərmək üçün Ədliyyə Nazirliyindən aldıqları lisenziyaların müddəti başa çatmış vəkillərdir. VK-dan o da bildirilib ki, sənədlərin qəbulu sentyabrın 1-dən başlayıb. VK vəkillərə sənəd qəbulu ilə bağlı vaxt məhdudiyyəti qoymayıb. Lisenziya müddəti başa çatmış bütün vəkillər istənilən vaxt sənədlərini təqdim edib yenidən lisenziya ala bilər. Bu şəxslərin hən hansı imtahandan keçirilməsi də nəzərdə tutulmayıb.

Xəbər lenti

Xəbər lenti