...

Eldar Salayevin apellyasiya şikayətinə noyabrın 2-də baxılacaq

Cəmiyyət Materials 1 Noyabr 2005 16:15 (UTC +04:00)

Noyabrın 2-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində Milli Elmlər Akademiyasının sabiq prezidenti, hazırda həbsdə olan Eldar Salayevin apellyasiya şikayətinə baxılacaq. Bu barədə Trend və məhkəmə iclasına sədrlik edəcək hakim Ramella Allahverdiyeva məlumat verib.

Eldar Salayev oktyabrın 28-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həmin nazirliyə aparılıb. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, E.Salayev ADP sədri Rəsul Quliyevlə və digər şəxslərlə əlbir olaraq hakmiyyəti zorla ələ almağa cəhd göstərib. Nəsimi rayon Məhkəməsi tərəfindən E.Salayev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, E.Salayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,220.1 (kütləvi iğtişaşın törədilməsinə hazırlıq) və 278-ci (antikonstitusion yolla dövlət hakimiyyətini ələ keçirmə və saxlama cinayətlərinə cəhd) maddələri ilə təqsirli bilinir.

Özünü ittihamlar üzrə təqsirli bilməyən E.Salayev qərardan apellyasiya şikayəti verərək barəsindəki həbs qətimkan tədbirinin ləğv olunmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti