...

Azərbaycanın futbol yığması FİFA-nın "pəncərəsindən" istifadə etməyəcək

Cəmiyyət Materials 8 Noyabr 2005 14:35 (UTC +04:00)

Azərbaycanın futbol yığması yoldaşlıq görüşlərinin keçirilməsi üçün FİFA-nın noyabr "pəncərəsindən" istifadə etməyəcək.

AFFA-da Trend ə bildirilib ki, yoxlama sparrinqinin keçirilməsi imkanı barədə müxtəlif federasiyalarla aparılan danışıqlar nəticəsizdir. Assosiasiyanın Latviya və Moldovadan olan həmkarları ilə konsensusa gəlmə şansı əldə etməsinə baxmayaraq dialoqun son anı baş tutmadı. Xüsusilə rəqiblər oyunun konkret keçirilmə tarixi ilə bağlı razılığa gəlməyib və buna görə də payızın son ayında komandaların məşqçi qərargahı oyunqabağı təlim-məşq toplanışları planlaşdırmaya bilər.

Qeyd etmək lazımdır ki, kollektiv son dəfə yoldaşlıq görüşünü mayın sonunda İranla minimal hesab fərqi ilə - 1:2 məğlub olaraq keçirib.

Xəbər lenti

Xəbər lenti